0
2022-ci ildə Çinin Rusiya ilə ticarəti rekorda çatıb və 190 milyard dollar olub. Bu isə rəsmi Moskvanın Pekin ilə partnyorluğunu genişləndirdiyinə işarədir.
BBN.az Yahoo Finance-yə istinadən xəbər verir ki, Reuters-in hesabatına əsasən Rusiya ilə ticarət Çinin ümumi ticarət həcminin 3%-ni təşkil edib.
Qərbin Ukrayna müharibəsinə görə Rusiya yanacağından imtina etməsindən dolayı Çin bu ölkədən təchizatı artırıb.