Home » PASHA Bank-dan VAKANSIYA

PASHA Bank-dan VAKANSIYA

by bbnadm
0 comments 0 views 1 minutes read

PASHA Bank Risk Modelləşdirmə üzrə Kiçik Mütəxəssis vəzifəsinə işçi axtarır.

İşiniz nədən ibarətdir?

  • Statistik və ML modellərinin keyfiyyət və kəmiyyət üzrə validasiyasının həyata keçirilməsi;
  • Validasiya metodologiyasının inkişaf etdirilməsi və yenilənməsində iştirak;
  • Modelin validasiya edilməsi, düzgün məlumat almaq üçün müxtəlif mənbə və platformalardan datanın toplanılması;
  • Model validasiyası üzrə test nəticələrinin şərh edilməsi və məhsul sahibi, data komandasına tədbirlər planının hazırlanması üzrə təkliflərin verilməsi;
  • Model sənədlərinin oxunulması və model metodologiyasının, datanın dərindən araşdırılması;
  • Modelin çatışmazlıqlarının, risklərinin müəyyən edilməsi, tədbirlər və model yenilənməsi üçün tövsiyələrin verilməsi;

Sizdən nə tələb olunur?

  • Təhsil: Kompüter elmləri, Statistika, Tətbiqi Riyaziyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili
  • İş təcrübəsi: Maliyyə və bank sahəsində data, model validasiyası üzrə minimum 2 il 
  • Xarici dil: İngilis dili
  • Digər: Statistik modeləşdirmə üzrə biliklər
  • “Linear regression”, “Logistic Regression”, “Decision Tree” və ML (“Boosting”, 
  • “Random Forest”) modellər üzrə təcrübə
  • R, Python, SQL ilə sərbəst işləmə bacarığı
  • Microsoft Excel, PowerPoint, Word-də işləmə bacarığı
  • Güclü ünsiyyət bacarıqları

Uyğun namizədlər keçiddən istifadə edərək müraciət edə bilərlər.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.