Striminq platforması Netflix daha çox abunəçi qazanmaq üçün 30-dan çox ölkə üçün abunəlik haqqını aşağı salıb.
BBN.az BBC Business-ə istinadən xəbər verir ki, qiymətlərin aşağı salınması Asiyanın bir hissəsi, Avropa, Latın Amerika, Saharanın cənubunda yerləşən ölkələr, Orta Şərq ölkələrinə təsir edib.
Qeyd edək ki, bir çox ölkələrdə yüksək inflyasiya davam etməkdədir və ailələr büdcələrinə qənaət etməkdən dolayı Netflix üçün xərcləmələri kəsirlər və nəticədə striminq platforması ilə rəqibləri arasında mübarizə artır. Platformanın hazırda 190-dan çox ölkədə əməliyyatları davam edir.