Home » Almaniya-Azərbaycan birgə Proqramının məzunları üçün seminar keçirilib

Almaniya-Azərbaycan birgə Proqramının məzunları üçün seminar keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

“Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”ndan 527 sahibkar və menecer yararlanıb.  

“Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”nın 2019-2022-ci illər üzrə məzunları üçün “FollowUp” seminarı keçirilib. Proqramın Azərbaycan tərəfindən əlaqələndiricisi olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Bakı KOB evi”ndə keçirilmiş tədbirdə müxtəlif illərdə proqramın məzunu olmuş 70-ə yaxın sahibkar və menecer iştirak edib.

Seminarda Almaniyanın Azərbaycandakı Səfirliyinin, Alman-Azərbaycan Xarici Ticarət Palatasının, Almaniya tərəfindən proqramın ölkəmizdə səfərdə olan əlaqələndiricisi GİZ-in və Almaniyanın “AHP İnternational” Tədris Mərkəzinin nümayəndələri tərəfindən Azərbaycanda proqramın icrasına, bu sahədə KOBİA tərəfindən keçirilmiş sorğuya, azərbaycanlı menecerlərin proqram çərçivəsində alman şirkətləri ilə uğurlu biznes əlaqələrinə dair məlumat verilib. 

Bununla yanaşı, proqramın məzunları 2019-cu ildə Hamburq şəhərində ixtisasartırma kursu keçmiş proqramın məzununun təsis etdiyi “Crispa Snacks” MMC-nin istehsal müəssisəsinin fəaliyyəti ilə tanış olublar. Sahibkar məzunlarla biznesinin inkişafında və uğurlu fəaliyyətində proqramın rolu barədə fikirlərini bölüşüb. 

Qeyd edək ki, “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”ndan 2009-2022-ci illərdə 527 sahibkar və menecer yararlanaraq Almaniyada iqtisadi kooperasiya üzrə ixtisasartırma kursu keçib. Hazırda 2023-cü ildə proqramdan yararlanacaq 20 sahibkar və menecer üçün hazırlıq təlimləri keçirilir. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.