Home » Bakı Fond Birjasında “PAŞA BANK” ASC-nin səhmlərinin İlkin Kütləvi Təklif (IPO) üsulu ilə yerləşdirilməsi uğurla yekunlaşmışdır

Bakı Fond Birjasında “PAŞA BANK” ASC-nin səhmlərinin İlkin Kütləvi Təklif (IPO) üsulu ilə yerləşdirilməsi uğurla yekunlaşmışdır

by yunus
0 comments 0 views 1 minutes read

3 aprel 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “PAŞA BANK” ASC-nin səhmlərin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

“PAŞA BANK” ASC-nin səhmlərinin abunə yazılışı 13 aprel tarixində başlamış, 12 iyun 2026-cı il tarixində (daxil) yekunlaşmışdır.

Adıgedən səhmlərin İlkin Kütləvi Təklif (IPO) üsulu ilə yerləşdirilməsi 19 iyun 2026-cı il tarixində uğurla yekunlaşmışdır.

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”nın 4.2 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən səhmlər Əsas Bazar Listinq seqmentinə alınır.

Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı “PAŞA BANK” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ1012006628
Səhmin növü və forması Sənədsiz adlıadi səhmlər
Ticarət üsulu / forması Kütləvi / Abunə yazılışı
Səhmlərin sayı 932,926 ədəd
İlkin ticarət qiyməti 55 manat
Buraxılış həcmi 51,310,930 manat
Hərrac qiyməti 55 manat
Reallaşdırılmış həcm 51,310,930 manat
Sifarişlərin ümumi həcmi 66,296,120 manat
Abunə yazılışında iştirak etmiş investor sayı 17,960
Sifarişi icra edilmiş investor sayı 17,960
Abunə yazılışında təklif edilmiş sifariş sayı 20,188
İcra edilmiş sifariş sayı 20,188
Yerləşdirmənin yekunlaşdığı tarix 19.06.2026
Əsas Anderrayter

Anderrayter

Anderrayter

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC

“ABB-İnvest İnvestisiya Şirkəti” QSC

“Unicapital İnvestisiya Şirkəti” ASC

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.