Home » “Qaradağ Şüşə Zavodu” investisiya müsabiqəsinə çıxarılıb

“Qaradağ Şüşə Zavodu” investisiya müsabiqəsinə çıxarılıb

by bbnadm
0 rəy 1 baxış 2 dəqiqə oxuma

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) “Qaradağ Şüşə Zavodu” ASC-nin səhmlərinin 85 %-nin və əmək kollektivi üzvlərinə səhmlərin güzəştlə satışından qalan hissəsinin satışı üzrə investisiya müsabiqəsi elan edib.

Dövlət Xidmətindən bildirilib ki, müsabiqə “Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun elan olunub.

Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 23-cü km, 8 ünvanında yerləşən fabrikin nominal dəyəri 2 manat olan 15 279 018 səhmi (30 558 036 manatlıq) satışa çıxarılıb.

İddiaçılar investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddəti göstərilməklə azı 10 milyon manatlıq investisiya proqramı təqdim etməli, yeni iş yeri yaradılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqi, istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi ilə bağlı təkliflərini verməlidir. Müsabiqənin qalibi səhmdar cəmiyyətinin səhmlərinin alınmasına görə dövlət büdcəsinə azı 18 milyon manat vəsait köçürməlidir.

Müsabiqənin qalibi nəticələr haqqında protokol təsdiq olunduğu tarixdən 30 gün müddətində səhmdar cəmiyyətin səhmlərinin alqı-satqı müqaviləsini imzalamalı, imzalandığı tarixdən 30 gün müddətində təklif etdiyi pul vəsaitini dövlət büdcəsinə köçürməli, həmçinin müqavilə ilə müəyyən olunan digər şərt və öhdəlikləri yerinə yetirməlidir.

Müsabiqədə ölkə vətəndaşları ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.

İnvestisiya müsabiqəsinə çıxarılan dövlət əmlakı ilə https://bit.ly/3Gw8Ssk linki vasitəsilə tanış olmaq olar.

İddiaçıların ərizə və təklifləri mayın 11-nə qədər, iş günləri saat 10:00-dan 17:30-a qədər ƏMDX-da (Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50) qəbul ediləcək. Komissiya müsabiqə təkliflərini mayın 12-si, saat 15:00-dan başlayaraq həmin ünvanda qiymətləndirəcək.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.