Home » Azərbaycanda süni intellektin tətbiqi üzrə yol xəritəsi hazırlanıb

Azərbaycanda süni intellektin tətbiqi üzrə yol xəritəsi hazırlanıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycanda süni intellektin tətbiqi üzrə yol xəritəsi hazırlanıb.

Bu barədə cümə axşamı Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyev “Dayanıqlı inkişaf üçün texnologiyalar: 4Sİ texnologiyaları və bulud həlləri” mövzusunda tədbirdə deyib.

Onun sözlərinə görə, bu yol xəritəsi çərçivəsində süni intellektin ticarət sektoruna inteqrasiyası planlaşdırılır.

“Bu gün Azərbaycanda rəqəmsal dövriyyə aktiv şəkildə inkişaf edir və süni intellektin bu sektorda tətbiqi inkişafın sürətlənməsi üçün əlavə addımdır. Bundan başqa, rəqəmsal inkişaf üzrə beynəlxalq təşkilatlardan olan həmkarlarla birgə strategiyanın hazırlanması, xüsusən internetin sürətinin artırılması, əhatə dairələrinin genişləndirilməsi, müvafiq şəraitin yaradılması, maliyyə vəsaitinin əlçatanlığının təmin edilməsi, vençur kapitallarının formalaşması, habelə ölkənin rayonlarının rəqəmsal inkişafı üzrə işlər aparılır”, – o deyib.

T.Tağıyev qeyd edib ki, bütün bu işlər iqtisadiyyatın yüksəlişini, ölkədə rəqəmsallaşmanı, həmçinin innovasiya məhsullarının yaradılmasını sürətləndirməyə imkan verə bilər.

Trend

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.