Home » Dünya Bankının yeni, sayca 14-cü prezidenti seçilib

Dünya Bankının yeni, sayca 14-cü prezidenti seçilib

by bbnadm
0 rəy 3 baxış 1 dəqiqə oxuma

“Mastercard” şirkətinin keçmiş baş direktoru Ajay Banqa (Ajay Banga) Dünya Bankının (DB) yeni, sayca 14-cü prezidenti seçilib.

BBN.az DB-nın yaydığı məlumata istinadən xəbər verir ki, o 2023-cü ilin iyunun 2-dən bu vəzifəyə beş illik müddətə seçilmişdir.

Ajay Banqa ən son General Atlantic-də sədr müavini vəzifəsində çalışıb. Əvvəllər o, 24 000 işçisi olan Mastercard-ın prezidenti və baş direktoru olub. Beynəlxalq Ticarət Palatasının fəxri sədri olub və 2020-2022-ci illərdə sədr vəzifəsində çalışıb. O, 2021-ci ildə yaradılan General Atlantic-in iqlim yönümlü fondu BeyondNetZero-nun məsləhətçisi olub, həmçinin Amerika Qırmızı Xaç, Kraft Foods və Dow Inc-in idarə heyətində də çalışıb.

Ajay Banqa Kiber Hazırlıq İnstitutunun həmtəsisçisidir və Nyu York İqtisadiyyat Klubunun sədr müavini olmuşdur.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.