Kütləvi ixtisar dalğası ABŞ-dakı bir çox böyük firmalara təsir edib, ancaq təəccüblüsü budur ki, işsizlik dərəcəsi isə aşağı, 3.4% olaraq qalmaqdadır. Apreldə iqtisadiyyata isə 253 000 iş yeri əlavə edilib.
BBN.az NBC News TV-yə istinadən xəbər verir ki, işsizlik dərəcəsinin rekord aşağı səviyyədə olması isə bitcoin-in qiymətinə təsir edib. Dow (səhm bazarı) isə cümə günü yanvardan bu yana bir günlük ən böyük dəyərini əldə edib.
Qeyd edək ki, əmək bazarı ilə bağlı pozitiv xəbər isə Mərkəzi Bankın (FED) faiz dərəcələrini 0.25 yüksəltməsindən sonra baş verib. Son 10 illikdə isə ilk dəfə FED faiz dərəcəsi 5%-dən yüksəyə qalxıb.