Home » “AzInTelecom” “GSMA M360 Eurasia 2023” beynəlxalq konfransında!

“AzInTelecom” “GSMA M360 Eurasia 2023” beynəlxalq konfransında!

by bbnadm
0 rəy 2 baxış 1 dəqiqə oxuma

İnformasiya və kommunikasiya texnologiyaları sahəsində təqdim etdiyi innovativ məhsul və xidmətlərlə Azərbaycanda rəqəmsal transformasiyanı sürətləndirən “AzInTelecom” MMC ölkədə ilk dəfə keçirilən “GSMA M360 Eurasia 2023” beynəlxalq konfransında iştirak edir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və GSMA-nın birgə tərəfdaşlığı ilə həyata keçirilən tədbirdə mobil telekommunikasiya və rəqəmsal texnologiyalar sahəsində fəaliyyət göstərən dövlət və özəl qurumların rəhbər şəxsləri bir araya gələcək. Konfransda müasir tendensiyalar və gələcək planlar barədə birgə müzakirələr aparacaq.

“AzInTelecom”un İdarə heyətinin sədri Elxan Əzizov konfransın ilk günündə keçirilən panel müzakirələrində çıxış edəcək. O, paneldə “Ookla” nümayəndəsinin moderatorluğu, Sinqapurun “Circles.life”, Yeni Zelandiyanın “Lifestream” şirkətlərinin, Qazaxıstanın “Kcell” mobil operatorunun və “Google”un rəhbər şəxslərinin iştirakı ilə “Müştəri əlaqələrinin gücləndirilməsi: mobil prioritetli dünyada tərəfdaşlıqlar” mövzusunda fikir mübadiləsi aparacaq.

“AzInTelecom” beynəlxalq konfransda, həmçinin stend ilə çıxış edəcək. Tədbirdə iştirak edərək sözügedən stendə yaxınlaşıb şirkətin hazırkı layihələri və gələcək planları barədə ətraflı məlumat əldə etmək olar.

“GSMA M360 Eurasia 2023” beynəlxalq konfransında iştirak etmək üçün bu link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz.

Konfrans “Gələcək inkişaf üçün rəqəmsal davamlılıq”, “5G və infrastrukturun gələcəyi”, “Əşyaların interneti”, “Süni intellekt və maşın öyrənməsi”, “Fintek”, kibertəhlükəsizlik kimi bir sıra mövzuları əhatə edir. Tədbirdə Azərbaycandan, Avrasiya regionundan ekspertlər, o cümlədən tənzimləyici qurumların nümayəndələri, aparıcı mobil operatorların və rəqəmsal korporasiyaların rəhbərləri iştirak edəcəklər.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.