Home » İqtisadiyyat naziri Mikayıl Cabbarov və Əqli Mülkiyyət Agentliyinin başçıları arasında görüş keçirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov və Əqli Mülkiyyət Agentliyinin başçıları arasında görüş keçirilib

by anar
0 rəy 3 baxış 1 dəqiqə oxuma

parıcı iqtisadi sahələrdə əqli fəaliyyətin nəticələrinin təşviqi, innovasiya və yaradıcılığa dövlət dəstəyinin genişləndirilməsi, əqli mülkiyyətin üstünlük təşkil etdiyi yaradıcı iqtisadiyyatın inkişafının dəstəklənməsi müasir çağırışlar olaraq ölkəmizin əsas pioritetlərindəndir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov və Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktorunun müavini Həsən Kleib ilə görüşüblər.

Görüşdə bildirilib ki, Azərbaycanda son illər ərzində elmi tədqiqat potensialı müasirləşdirilib, müasir texnologiyaların tətbiqində əqli mülkiyyətin rolu artırılıb. Ölkəmizin milli prioritetlərinin 2-si məhz Azərbaycanın dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyata, rəqabətli insan kapitalına sahib olmasını və müasir innovasiyalar məkanına çevrilməsini hədəfləyir. Hazırlanan Rəqəmsal İqtisadiyyat Strategiyasında da bilik və bacarıqların Dördüncü Sənaye İnqilabı və rəqəmsal iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması öz əksini tapıb.

Bildirilib ki, innovasiyaları dəstəkləyən əqli mülkiyyətin inkişafı, aparıcı iqtisadi sahələrdə əqli fəaliyyətin nəticələrinin təşviqi, peşə hazırlığının keyfiyyətinin artırılması müasir çağırışlar olaraq ölkəmizin də əsas məqsədlərindəndir və bu istiqamətdə müvafiq işlər görülür.

Həsən Kleib əqli mülkiyyət hüquqlarının beynəlxalq səviyyədə qeydiyyatının stimullaşdırılması, effektiv patent qeydiyyatı prosedurlarının qurulması və əqli mülkiyyət hüquqları ilə bağlı məlumatlılığın artırılması barədə fikrilərini bölüşüb, ölkəmizin bu istiqamətdə əldə etdiyi nəticələri yüksək qiymətləndirib.

Görüşdə sahibkarlıq subyektləri üçün əmtəə nişanları və coğrafi göstəricilər üzrə təcrübə mübadiləsinin təşkili, əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatının iqtisadi siyasətə çevrilməsi məsələləri müzakirə olunub.

 

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.