Home » ADİF ləğv prosesində olan “Günay Bank” ASC -nin kreditorlarına müraciət edib

ADİF ləğv prosesində olan “Günay Bank” ASC -nin kreditorlarına müraciət edib

by Aytac
0 rəy 4 baxış 1 dəqiqə oxuma

Bildiyiniz kimi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2023-cü il tarixli, 2-3(103)-42/2023 nömrəli qərarı ilə “Günay Bank” ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir.

“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının mediada ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

  • kreditorun adı və ünvanı;
  • tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;
  • tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

Xatırladaq ki, ləğv prosesində olan “Günay Bank” ASC – nin kreditorlarının kreditor tələblərinin qeydiyyata alınması 18 iyul 2023-cü il tarixdə başa çatacaqdır.

Kreditorlardan xahiş olunur ki, 18 iyul tarixinədək tələblərin qeydiyyata alınması üçün aşağıda qeyd olunan ünvana müraciət etsinlər:

“Günay Bank” ASC – nin Baş ofisi

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 45

Əlaqə: (+994) 941

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.