Home » 300-dən çox dövlət informasiya sistemində boşluq tapılıb

300-dən çox dövlət informasiya sistemində boşluq tapılıb

by anar
0 comments 0 views 1 minutes read

Bu ilin I yarısında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarında apardığı audit yoxlamaları və monitorinq nəticəsində 373 dövlət informasiya sistemində təhlükəsizlik boşluqları və nöqsanları aşkar edib, audit hesabatları hazırlayıb, tövsiyyələrlə bərabər aradan qaldırılması üçün müvafiq qurumlara təqdim edib.

BBN.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Xatırladaq ki, ötən ilin eyni dövründə dövlət qurumlarında aparılan audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində 221 dövlət informasiya sistemində təhlükəsizlik boşluqları və nöqsanları aşkar edilərək müvafiq qurumlara xəbərdarlıqlar edilib.

Yanvar-iyun aylarında qurumun Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (CERT) 2014-cü ildən istifadəyə verilmiş “elektron sorğu sistemi” vasitəsi ilə dövlət qurumlarından 3 650 sorğu qəbul edilərək zəruri təhlükəsizlik tədbirləri həyata keçirib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.