Home » ABB mobile-da CONTACT-la təcili pulköçürmə

ABB mobile-da CONTACT-la təcili pulköçürmə

by anar
0 rəy 2 baxış 1 dəqiqə oxuma

İmkanları getdikcə daha da genişlənən ABB mobile tətbiqində növbəti xidmət təqdim olunub. İndi istifadəçilər ABB mobile-da CONTACT təcili  pulköçürmə xidmətindən də faydalana bilərlər. Banka gəlmədən cəmi bir neçə toxunuşla başqa ölkələrə pul köçürmək, yaxud göndərilmiş vəsaitləri almaq olar.

Bu imkandan istifadə çox sadə və rahatdır. Üstəlik, ilk 3 ay ərzində köçürmə komissiyası tutulmur.

Xidmətin digər özəllikləri:

-Köçürmə limiti:  günlük 1000 USD, aylıq 10.000 USD

-Vəsait qəbulu limiti: günlük 15.000 AZN, aylıq 50.000 AZN

-Əməliyyat tamamlanarkən istifadəçiyə həm tətbiq bildirişi, həm SMS vasitəsilə  köçürmə kodu təqdim olunur.

-Vəsaitin qəbulu zamanı hər hansı texniki problem yaranarsa, vəsait avtomatik geri qaytarılır.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/   rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.