Home » Argentinalılar necə amerika dollarını sevməyi öyrəndilər?

Argentinalılar necə amerika dollarını sevməyi öyrəndilər?

by anar
0 comment 4 views 1 minutes read

Argentinanın rəsmi məzənnəsinin pesodan amerika dollarına dəyişəcəyi qeyd edilir. BBC Business-in apardığı araşdırmada bildirilib ki, aparılan sorğu nəticələrinə əsasən argentinalıların 60%-i bu ideyanı sevmir. Belə bir nəticənin ABŞ Mərkəzi Bankına (FED) əlavə bir güc verəcəyinə inanırlar. Ancaq istəyir bəyənin, istəyirsiniz yox artıq amerika dolları Argentinanın iqtisadiyyatının böyük bir hissəsini təşkil edir. 

Onlar özlərinin milli pul vahidində daha az yığım edirlər və əllərində olan pesonu isə mümkün olduğu qədər tez dollara dəyişməyə üstünlük verirlər. Rəsmi məzənnəyə əsasən 1 dollar almaq üçün 287 pesoya sahib olmalısınız. Ancaq 1 ayda isə cəmi 200 dollar əldə edə bilərsiniz. Tranzaksiyaya görə isə əlavə bir ödəniş etməlisiniz. 

Ölkədə belə bir mənzərə isə bir gündə yaranmayıb. 1970-1980-ci illərdə olduğu kimi bu gün də ölkədə yaşam xərcləri yenidən yüksəlib, illik inflyasiya 115%-ə çatıb. Yoxsulluq şəraitində yaşayan insanların sayı artıb. Əgər 2017-ci ildə bu əhalinin ¼-i qədər idisə, bu gün isə bu 40%-dən çoxdur.  

BBC-nin araşdırmasında qeyd edilir ki, əlbəttə ki, Argentina Mərkəzi Bankı dəfələrlə milli pul vahidi olan pesonun dəyərinin yüksəldilməsi üçün çalışmışdı, ancaq hər biri uğursuzluq ilə nəticələnmişdi. 

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.