Home » Kapital Bank-ın sponsorluğu ilə “InMerge Innovation Summit” keçiriləcək

Kapital Bank-ın sponsorluğu ilə “InMerge Innovation Summit” keçiriləcək

by khayale
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Ölkənin birinci bankı Kapital Bank–ın sponsorluğu ilə innovasiya dünyasında dinamika yaradan “InMerge Innovation Summit” baş tutacaq. Artıq 3-cü ildir ölkəmizdə keçirilən sammit dünyanın aparıcı texnologiya şirkətlərini, bu sahənin liderlərini, startapları və innovatorları bir araya gətirir. Layihənin məqsədi innovasiya texnologiyaları sahəsindəki yenilikləri bölüşmək, güclü əlaqələr yaratmaq və sahənin ölkəmizdəki inkişafına təkan verməkdir.

Sammitdə elektron ticarətin uğurlu şirkətlərindən biri “Trendyol Group”un prezidenti Çağlayan Çetin, məşhur TED spikeri Maykl Ringel, “Shazam”ın təsisçisi Kris Barton kimi bir çox beynəlxalq ekspertlər iştirak edəcəklər. “InMerge Innovation Summit”in qonaqlarından biri də “Apple” şirkətinin qurucularından olan məşhur kompüter mühəndisi Stiv Voznyak olacaq. O, innovasiyalar sahəsindəki son yeniliklərdən, şəxsi layihələrindən danışacaq.

Tədbirdə Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev, PAŞA Holding-in Baş İcraçı direktoru Cəlal Qasımov,   Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynov öz fikirlərini və təcrübələrini bölüşəcəklər.

Sammitdə elektron ticarət, sığorta texnologiyaları, süni intellekt, telekommunikasiya və bir çox mövzuda təqdimatlar ediləcək, müzakirələr və seminarlar baş tutacaq.

30 noyabr-1dekabr tarixlərində, Bakı Konqres Mərkəzində baş tutacaq tədbir haqqında ətraflı məlumat almaq və bilet əldə etmək üçün inmerge.az veb-saytını ziyarət edə bilərsiniz.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.