Home » “İT və İT təhlükəsizlik üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilmişdir

“İT və İT təhlükəsizlik üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilmişdir

by anar
0 comment 4 views 1 minutes read

15 sentyabr 2023-cü il tarixində “PAŞA Bank”ın baş ofisində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “İT və İT təhlükəsizlik üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilmişdir.

Görüş çərçivəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən istismara verilmiş Ani Ödənişlər Sisteminin (AÖS) əhatəliliyinin genişləndirilməsi və nağdsız ödənişlər üzrə xərclərin azaldılması məqsədilə AÖS iştirakçıları tərəfindən görülməli olan tədbirlərin müzakirəsi aparılmışdır.

Xatırladaq ki, ABA-nın nəzdində bank-maliyyə sektorunun müxtəlif istiqamətlərini əhatə edən 14 Ekspert Qrupu fəaliyyət göstərir.

Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 24 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.