Dünyanın ən varlı insanlardan biri olan Elon Musk, sahibi olduğu X sosial media platformasının (keçmiş Twitter) tezliklə tam ödənişli ola biləcəyini söyləyib.
BBN.az xəbər verir ki, Elon Musk iddia edib ki, botlarla və ya “avtomatlaşdırılmış” hesablarla mübarizə aparmağın yeganə yolu X üçün ödəniş sistemi hazırlamaqdır.
Elon Musk “Biz sistemin istifadəsi üçün kiçik aylıq ödəniş almağa keçirik” deyə açıqlama elədi.
X-nin sahibi bu barədə ABŞ-ın Kaliforniya ştatında İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı açıqlama verib və İsraili texnologiya sektorunda aparıcı roluna görə tərifləyib.