Home » İşğaldan azad edilmiş ərazilərin rezidentləri üçün vergi hesabatları ilə bağlı güzəşt varmı?

İşğaldan azad edilmiş ərazilərin rezidentləri üçün vergi hesabatları ilə bağlı güzəşt varmı?

by anar
0 comment 1 views 1 minutes read

İşğaldan azad edilmiş ərazinin rezidenti olan müəssisə bu ərazilərdə ictimai iaşə xidmətləri göstərdiyi halda mənfəət vergisi bəyannaməsini və ya digər vergi hesabatlarını təqdim etməlidirmi ?

Dövlət Vergi Xidmətindən BBN.az-a bildirilib ki, Vergi Məcəlləsinin 2023-cü il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, işğaldan azad edilmiş ərazinin rezidenti həmin ərazidəki fəaliyyəti ilə bağlı vergi hesabatlarını bu Məcəllədə nəzərdə tutulmuş qaydada və müddətlərdə vergi orqanına təqdim etməlidir. İşğaldan azad edilmiş ərazinin rezidentləri üçün vergi hesabatlarının təqdim olunmasında fərqli qayda müəyyən edilməyib və həmin vergiödəyiciləri vergi hesabatlarını Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada və müddətlərdə vergi orqanına təqdim olunmalıdır.

Vergi Məcəlləsinin tələblərinə əsasən, vergi hesabatının əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə, habelə vergi güzəşti və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə, maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulur.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.