Home » Avropa İttifaqı Booking şirkətinin Etraveli satın almasına veto verdi

Avropa İttifaqı Booking şirkətinin Etraveli satın almasına veto verdi

by yunus
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Avropa İttifaqı (Aİ) yaşayış yerlərinin onlayn bron xidmətləri göstərən Booking şirkətinə aviabilet satışı ilə məşğul olan Etravelini satın almasına icazə verməyib.

BBN.az xəbər verir ki, Aİ komissarı Didier Reynders Brüsseldə keçirdiyi mətbuat konfransında Booking Holding-in ETraveli almaq təklifinin Aİ qaydalarına uyğun olmadığını və buna görə də qadağan edildiyini açıqlayıb.

Reynders “Komissiya Etravelinin Booking tərəfindən satın alınmasının qarşısını almağa qərar verdi,” – deyə açıqlamasında bildirib. Komissar “Booking-in ETraveli-ni alması onun onlayn turizm agentlikləri bazarında dominant mövqeyini gücləndirəcək və otellər və istehlakçılar üçün daha yüksək xərclərə səbəb olacaq”, –  deyə verilən qərarın səbəbini izah etdi.

Avropada fəaliyyət göstərən irimiqyaslı şirkətlərdə birləşmə və satınalmalara nəzarət etmək Aİ Komissiyasının səlahiyyətindədir.

Aİ Komissiyası apardığı araşdırmalarda rəqabətə zidd vəziyyətin olub-olmamasını qiymətləndirir. Rəqabətə zidd hallar aşkar edilərsə, Aİ Komissiyası birləşmə və ya satınalmalara mane ola bilər.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.