Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun onlayn iştirak etdiyi Müstəqil Dövlətlər Birliyinin (MDB) Ali Audit Orqanlarının (AAO) Rəhbərlər Şurasının XX iclasında Şuranın 2023-2025-ci illər üzrə İş Planı, o cümlədən Standartların hazırlanması üzrə İşçi Qrupunun hesabatı təsdiq edilib.
BBN.az bu barədə Palataya istinadən xəbər verir.
Məlumata görə, iclasda Qırğızıstanın Hesablama Palatası Şuranın 2023-2025-ci illər üzrə sədri müəyyən edilib.
Toplantıda Azərbaycanla yanaşı, Rusiya, Tacikistan, Qırğızıstan, Qazaxıstan və Belarusun AAO rəhbərləri də iştirak edib.