Home » AYNA növbəti elektron xidməti istifadəyə verib

AYNA növbəti elektron xidməti istifadəyə verib

by Aytac
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılması, eləcə də bu sahədə rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində görülən tədbirlər çərçivəsində “AYNA” informasiya sisteminin “Daşıyıcılar” altsistemi istifadəyə verilib.

“Daşıyıcılar” altsistemi vasitəsilə elektron qaydada AYNA-ya müraciət edərək avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində icazələrin alınması mümkündür. Məqsəd daşıyıcıların və sürücülərin rahatlığını təmin etmək, fiziki təmasları minimuma endirməkdir.

Elektron xidmətlərdən https://e-xidmet.ayna.gov.az/ portalına daxil olaraq yararlanmaq mümkündür. Linkə daxil olaraq avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində icazənin verilməsi üçün müraciət bölməsini seçmək lazımdır. Müraciət edən şəxsin elektron kabinetinə yalnız “ASAN Login” üzərindən elektron imza vasitələrindən biri ilə daxil olmaq mümkündür.

Yeni yaradılan elektron sistem müvafiq dövlət orqanlarının informasiya sistemlərinə inteqrasiya edildiyindən tələb olunan sənədlərin sayı minimuma endirilib. Həmçinin digər dövlət orqanlarının informasiya sistemlərindən əldə edilməsi mümkün olmayan məlumatlarla bağlı sənədlərin skan edilmiş surətinin müraciətə əlavə edilməsi imkanı yaradılıb.

Müraciət edən şəxsə dövlət rüsumunun Hökumət Ödəniş Portalı üzərindən ödənilməsi imkanı da təmin edilib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.