Home » VTB (Azərbaycan) III rübü 8,6 milyon manat mənfəətlə başa vurub

VTB (Azərbaycan) III rübü 8,6 milyon manat mənfəətlə başa vurub

by khayale
0 rəy 1 baxış 1 dəqiqə oxuma

«Bank VTB (Azərbaycan)» ASC 2023-cü ilin III rübünə olan maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, 30 sentyabr 2023-cü il tarixinə bankın aktivləri 231,238 milyon manat təşkil edib, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5,5% çoxdur. Bank hesabat dövrünü 8 milyon 643 min manat xalis mənfəətlə başa vurub.

«Hesabat dövründə bankın kredit portfeli 18% artıb: pərakəndə kreditləşmə 12%, biznes kreditləri 22,5%, ipoteka kreditləşməsinin artımı isə 23%-ə çatıb. Maliyyə bazarında biz yüksək aktivliyi qeyd edirik və bunun ilin sonuna qədər davam edəcəyini proqnozlaşdırırıq», – deyə, VTB (Azərbaycan)-ın İdarə Heyətinin üzvü, Pərakəndə Biznesin İnkişafı Departamentinin direktoru Yevgeni Borodin bildirib.

III rübdə Bankın faiz gəlirləri 8,3%, xalis faiz gəlirləri isə 16,4% artıb. 30 sentyabr tarixinə bankın məcmu kapitalı ilin əvvəlindən 2,6% artaraq 82,272 milyon manat təşkil edib və Azərbaycan Mərkəzi Bankının minimum tələblərini 64%-dən çox üstələyir.

VTB (Azərbaycan) Bankın məhsul və xidmətləri barədə məlumatları filial şəbəkəsindən, https://vtb.az/ rəsmi internet səhifəsindən, 986 Məlumat mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.