Home » “Bank Respublika” III rübdə biznesin bütün seqmentləri üzrə dinamik inkişaf nümayiş etdirib

“Bank Respublika” III rübdə biznesin bütün seqmentləri üzrə dinamik inkişaf nümayiş etdirib

by ulviyya
0 rəy 1 baxış 2 dəqiqə oxuma

Ölkənin ən böyük banklarından biri olan “Bank Respublika” 2023-cü ilin III rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, Bank dinamik inkişafını davam etdirərək, ölkənin bank sektorunun liderlərindən biri statusunu bir daha təsdiqləyib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə Bankın aktivləri 20% artaraq 1,86 milyard manat təşkil edib ki, bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir. Açıqlanmış hesabatdan həmçinin görünür ki, bank davamlı inkişaf üçün kifayət qədər yüksək kapital ehtiyatına malikdir. Belə ki, Bankın məcmu kapitalı 26% artaraq 149,7 milyon manat olub və minimum məcmu kapital normasını təxminən 3 dəfə üstələyib.

Ötən ilin analoji dövrü ilə müqayisədə Bankın faiz gəlirləri 38%-dən çox artaraq 83,96 milyon manata, xalis əməliyyat mənfəəti 47,5% artaraq 35,64 milyon manata, xalis mənfəəti isə 34,5% artaraq 25,67 milyon manata çatıb.

9 ayın yekunlarına görə, Bankın depozit portfelində də inamlı artım müşahidə olunur. Ötən ilin eyni dövrü ilə müqayisədə bankın depozit portfeli 27% artaraq 1,2 milyard manata çatıb ki, bu da çoxsaylı müştərilərin “Bank Respublika”ya olan inamını bir daha təsdiqləyir.

“Bank Respublika” 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumlarından biri olan – “Sparkassen International Development Trust” (“Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü) var. Bank Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən birinə – “Sabit” proqnozlu “B2” reytinqinə (Moody’s) malikdir.

Daha ətraflı məlumatı bankın rəsmi saytındafacebookinstagramlinkedintelegram səhifələrində və yaxud Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.