Mərkəzi Bankın sədri Taleh Kazımov oktyabrın 30-da ölkəmizdə səfərdə olan Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya üçün Bərabər İnkişaf, Maliyyə və İnstitutlar üzrə regional direktoru Əsəd Ələmin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Görüş zamanı ölkəmizdə son iqtisadi inkişaf meyilləri və maliyyə sektorunun vəziyyəti müzakirə edilmişdir. Görüşdə həmçinin DB-nin Azərbaycandakı mövcud fəaliyyəti və gələcək əməkdaşlıq perspektivləri, DB-nin ölkə üzrə yeni Tərəfdaşlıq Çərçivəsinə daxil edilməsi üçün prioritet layihələr üzrə fikir mübadiləsi aparılmışdır.