Home » BVF-nin IV Maddə Məsləhətləşmələri üzrə missiyası Azərbaycanda səfərdə olub – Foto

BVF-nin IV Maddə Məsləhətləşmələri üzrə missiyası Azərbaycanda səfərdə olub – Foto

by ulviyya
0 rəy 3 baxış 1 dəqiqə oxuma

Beynəlxalq Valyuta Fondu (BVF) ilə Azərbaycan hökuməti arasında IV Maddə Məsləhətləşmələri çərçivəsində müzakirələr aparmaq məqsədilə Fondun missiyası xanım Anna Bordonun rəhbərliyi altında ölkəmizdə səfərdə olub.

Səfər zamanı BVF-nin missiyası Maliyyə, İqtisadiyyat nazirliklərində və hökumətin iqtisadi blokuna daxil olan digər qurumlarda, Mərkəzi Bankda, habelə özəl sektorda görüşlər keçirib, Azərbaycan iqtisadiyyatının hazırkı vəziyyəti və inkişaf dinamikası, həmçinin iqlim dəyişiklikləri məsələləri ətrafında müzakirələr aparıb.

Görüşlərdə əsasən cari ilin ötən dövründə iqtisadi artım və makroiqtisadi vəziyyət, maliyyə-bank və büdcə sahələrinə aid olan məsələlər, həyata keçirilən islahatlar, ilin sonuna, gələn ilə və növbəti ortamüddətli dövrə olan iqtisadi gözləntilər müzakirə edilib.

IV Maddə Məsləhətləşmələri çərçivəsində müzakirələrin sonuncu mərhələsinə Fondun Strategiya Departamentinin direktor müavini Zeyn Zidan və Azərbaycan Respublikasının da daxil olduğu Səsvermə Qrupu üzrə İsveçrəni təmsil edən icraçı direktor Marsel Piter də qatılıb.

Səfər çərçivəsində noyabrın 17-də icraçı direktor M.Piter Şuşa və Ağdam şəhərlərində olub. Qonaq səfər zamanı Şuşa şəhərinə və işğal dövründə tamamilə dağıdılan Ağdam şəhərinə baxış keçirib, eyni zamanda, işğaldan azad edildikdən sonra Böyük Qayıdış proqramına əsasən aparılan yenidənqurma işləri, həyata keçirilən layihələrlə tanış olub.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.