Home » Rabitəbank yenilənmiş müasir konseptli Səbail filialının açılışını etdi – Foto

Rabitəbank yenilənmiş müasir konseptli Səbail filialının açılışını etdi – Foto

by anar
0 comment 10 views 4 minutes read

Rahat Bankçılıq şüarına sadiq qalan Rabitəbank  müştərilərinə daha yaxın və əlçatan olmaq, eləcə də daha keyfiyyətli xidmət göstərmək üçün filiallarını yeni konsepsiyaya uyğunlaşdırmaqdadır. Belə ki, bank ən müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş yeni konseptli Səbail filialının yeni ünvanda açılışını etdi. Səbail filialı artıq Nəsimi rayonu, Alı Mustafayev 1D (3-cü mikrorayon dairəsi) ünvanında yerləşir.

Yenilənmiş Səbail filialında fiziki və hüquqi şəxslərə, həmçinin sahibkarlara yüksək səviyyədə hər növ bank xidmətləri göstəriləcək. Müştərilər bank xidmətləri üzrə məsləhətlər ala, hesablar aça, həmçinin individual yanaşma ilə özlərini rahat ofis şəraitində hiss edə biləcəklər. Filialda, hesablaşma-kassa əməliyyatları, müxtəlif növ kreditlər, əmanətlər, plastik kartlar, pul köçürmələri, valyuta mübadiləsi və digər bank xidmətləri təklif ediləcək. Eyni zamanda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan müştərilər biznes kredit məhsulları üçün (mikrokredit, KOB krediti, korporativ kredit) müraciət edə biləcək, müxtəlif dövlət fondları vasitəsilə banka ayrılmış güzəştli kredit məhsullarından yararlana biləcəklər.

“Rabitəbank” ASC Azərbaycanın 16 region və Bakı şəhərində 28 xidmət məntəqəsi, 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.