Home » Bir sıra bank olmayan kredit təşkilatının vəzifəli şəxslərinin inzibati məsuliyyətə cəlb olundu

Bir sıra bank olmayan kredit təşkilatının vəzifəli şəxslərinin inzibati məsuliyyətə cəlb olundu

by anar
0 rəy 2 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikasının Mərkəzi Bankı (Mərkəzi Bank) maliyyə bazarlarının fəaliyyətinin sabitliyi və dayanıqlığının təmin edilməsi çərçivəsində həyata keçirdiyi tənzimlənmə və nəzarət tədbirləri ilə bağlı ictimaiyyətin məlumatlandırılması istehlakçıların və investorların hüquqlarının müdafiəsi və şəffaflığın təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq:

– Bank Olmayan Kredit Təşkilatı “Azkredit” ASC-nin vəzifəli şəxsi 1 500 manat;

– “ASEL Kredit” Bank Olmayan Kredit Təşkilatı MMC-nin vəzifəli şəxsi 3 000 manat;

– “FİNOKO” Bank Olmayan Kredit Təşkilatı ASC-nin vəzifəli şəxsi 4 500 manat;

– “TBC Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-nin vəzifəli şəxsi 6 000 manat;

– “PSG Finans” Bank Olmayan Kredit Təşkilatı MMC-nin vəzifəli şəxsi 6 000 manat məbləğində cərimə edilmişdir.

Bildiririk ki, qeyd olunan pozuntular müvafiq təşkilatların maliyyə dayanıqlığına təsir etməmişdir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.