Home » Nəhəng elektronik məhsullar istehsalçısı “Toshiba”nın sonudur? – BBC nəşri yazıb

Nəhəng elektronik məhsullar istehsalçısı “Toshiba”nın sonudur? – BBC nəşri yazıb

by ulviyya
0 rəy 3 baxış 1 dəqiqə oxuma

2023-cü ilin sentyabrın sonunda açıqlanan məlumata əsasən Yaponiyanın və dünyanın bir zamanların populyar (bir zamanlar var idi ki, insanların birdən çox TV, kompüter və s elektronik məhsulları adıçəkilən markaya məxsus idi) “Toshiba” firması səhm bazarında 74 illik tarixinə son qoyub. Bir qrup investorlar firmanın səhmlərini alıb.

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, spekulyativ yayılan məlumatlara əsasən belə bir həmlə isə “Toshiba” markasının sonunun yaxınlaşdığından xəbər verir.

BBC nəşri yazır ki, firmanın bir brend olaraq nüfuzunun azalması məhz 2015-ci ildən başlayıb. 2016-cı ildə şirkət nüvə biznesi ilə bağlı fəaliyyətə başlamağı nəzərdə tutmuş, milyardlarla dollar investisiya yatırmışdı. Ancaq elə həmin ildə əməkdaşlıq etdiyi – “Westinghouse Electric”in iflas etməsi şirkəti zərbə altında qoymuş və 6 milyard dollardan çox borc bataqlığına sürükləmişdi. Bildirilir ki, firma bu itkidən dolayı mobil telefonlar, tibbi sistemlər və digər məhsullarını satmışdı. Lakin 2022-ci ildə isə firma səhmlərin alışı ilə bağlı 8 təklifin olduğunu bildirmişdi. 2023-cü ilin əvvəlində isə səhmlərin Yaponiya İnvestisiya Korporasiyası tərəfindən idarə edilən investorlar tərəfindən 14 milyard dollara alınacağı ilə bağlı məlumatı təsdiqləmişdi.

Nəşr qeyd edir ki, yeni sahibin “Toshiba”nın mövcud vəziyyətini hansı yöndə dəyişəcəyi bilinməsə də hazırkı top menecerlərin bildirdiyinə əsasən yüksək marjalı rəqəmsal məhsullara fokus olacaqlar. Bildirilir ki, şirkəti alacağı planlaşdırılan səhmdarların təcrübəsi çoxdur, belə ki, onlar daha öncə “Sony”nin laptop biznesini və “Olympus”in kamera blokunu almışdılar. 2014-cü ildə “Sony” blokunda alışdan sonra şirkət ötən il laptop satışlarında rekord əldə etmişdi.

Ancaq BBC qeyd edir ki, “Toshiba” daha böyük şirkətdir və səhmləri də həmçinin. Şirkətin təxminən 106.000 işçisi var ki, əməliyyatlarının çoxu isə ölkənin milli təhlükəsizliyi üçün vacib hesab edilir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.