2023-cü ildə Azərbaycanda fiziki şəxslərin pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən aldığı mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və göstərilmiş xidmətlərə görə ödədiyi ƏDV-nin 154 milyon 178,8 min manatı geri qaytarılıb.
Bu barədə BBN.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Ölkəmizdə bir sıra sahələrdə malların alışı və xidmətlərin göstərilməsi zamanı ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 17,5%-ni, nağd ödənişlər üzrə 5%-ni müvəkkil bank istehlakçılara geri qaytarır.