Home » Regionlarda yaşayan gənclər üçün təlimlər keçirilib

Regionlarda yaşayan gənclər üçün təlimlər keçirilib

by anar
0 comments 1 views 0 minutes read

DOST Agentliyinin “Könüllü DOST” proqramının “Virtual Sosial Məktəb” layihəsi həyata keçirilib. “Distant DOST” altproqramı çərçivəsində baş tutan layihədə regionlarda yaşayan gənclər üçün onlayn təlimlər təşkil edilib.

Məqsəd region gənclərinin sosial aktivliyini artırmaq, onlara müxtəlif istiqamətlərdə təlimlər keçmək, sosial savadlılıqlarını artırmaq, bu sahədə görüləcək işlərin mahiyyətini izah etmək və onların fikirlərini öyrənməkdir.

Layihə çərçivəsində könüllü təlimçilər tərəfindən 1 ay ərzində sosial sahə ilə bağlı 12 fərqli mövzuda təlimlər keçirilib.

Qeyd edək ki, “Virtual Sosial Məktəb” layihəsi DOST Agentliyinin “Könüllü DOST” proqramının təşkilatçılığı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.