0
2023-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 35 milyard 574,8 milyon manat, xərcləri isə 36 milyard 458,5 milyon manat təşkil edib.
BBN.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, 2022-ci illə müqayisədə müvafiq olaraq 16% və 13,7% çoxdur.
Son nəticədə ötən il büdcədə 883,7 milyon manat kəsir yaranıb. Bu isə əvvəlki ilə nisbətən 34,4% azdır.