Home » Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin iclası keçirilib

Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin iclası keçirilib

by khayale
0 rəy 7 baxış 1 dəqiqə oxuma

Fevralın 23-də Azərbaycan Sahibkarlar Konfederasiyası Rəyasət Heyətinin iclası keçirilib. İclasda 2023-cü ildə görülən işlər üzrə hesabatın dinlənilməsinə və 2024-cü il üçün fəaliyyət planının müzakirəsinə həsr olunub.

İclası açıq elan edən Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatında yeni dövrün başladığını bildirib. Bununla əlaqədar olaraq, Konfederasiyanın üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi üçün bütün komandanın daha səylə çalışmasının vacibliyini vurğulayıb.

İclasda 2023-cü ildə Konfederasiyanın dövlət-özəl dialoqu platformasında həyata keçirdiyi tədbirlər, sahibkarların qanuni maraqlarının müdafiəsi üçün atılan addımlar, eləcə də iqtisadi blokda qanunvericilik aktlarına verilən təkliflər, həyata keçirilən maarifləndirici tədbirlər, təlimlər haqqında məlumat verilib, sahibkarlardan daxil olan müraciətlərin əsas istiqamətlərini qeyd edilib.

Konfederasiyanın “2024-cü il üçün Fəaliyyət Planı” üzrə qarşıya qoyulan məqsədlər, həmçinin Azərbaycan Sahibkarlar Konfederasiyasının təsisçiliyi ilə Arbitraj Mərkəzinin yaradılması təklifi haqqında fikir mübadiləsi aparılıb, gündəlikdə olan digər məsələlərlə bağlı suallar cavablandırılıb.

Rəyasət Heyəti hesabatı məqbul hesab edib və “2024-cü il üçün Fəaliyyət Planı”, eləcə də Azərbaycan Sahibkarlar Konfederasiyasının Arbitraj Mərkəzinin yaradılması ilə bağlı təklifi qəbul edib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.