Home » “MyGov” platforması beynəlxalq “WSIS Prizes” müsabiqəsində!

“MyGov” platforması beynəlxalq “WSIS Prizes” müsabiqəsində!

by ulviyya
0 rəy 1 baxış 1 dəqiqə oxuma

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “MyGov” rəqəmsal hökumət platforması  İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin beynəlxalq “WSIS Prizes” müsabiqəsinin siyahısında yer alıb. “MyGov” platforması  müsabiqəyə “İKT tətbiqləri: həyatın bütün aspektlərində faydalar — Elektron hökumət” kateqoriyası üzrə daxil edilib.

“MyGov” platforması ilə yanaşı,  Azərbaycandan daha 4 layihə də ( “Əlillik” altsistemi , “Əmək və Məşğulluq” altsistemi ,”Yaşıl gələcək” layihəsi “Hökumət Buludu” layihəsi ) siyahıya daxil edilib.

Müsabiqənin növbəti mərhələsi ictimaiyyət üçün açıq olan səsvermə prosesidir. Azərbaycandan olan layihələrin növbəti mərhələyə keçməsi üçün səsvermədə iştirak etmək mümkündür.

WSIS saytında qeydiyyat və “WSIS Prizes” səhifəsində səsvermə üçün keçid:  Log in | WSIS Stocktaking Platform (itu.int)

Qeydiyyat üçün keçid: https://www.itu.int/…/wsis/stocktaking/Account/Register…

Qeyd edək ki, “MyGov” platforması əsas dövlət xidmətlərinə vahid və rahat çıxışı, eləcə də vətəndaşlar üçün əlçatanlığı təmin edir, səmərəliliyin artırılması üçün prosesləri sadələşdirir.

Xatırladaq ki, İnformasiya Cəmiyyəti üzrə Dünya Sammiti BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin  həyata keçirilməsinə şərait yaradan çoxsaylı maraqlı tərəflərin platformasıdır. Bu tədbir inkişafda olan informasiya cəmiyyətinin yeni  tendensiyalarını müəyyən etmək, informasiya mübadiləsi və qabaqcıl təcrübələrin bölüşdürülməsi baxımından unikal imkanlar yaradır.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.