Home » EMTA-da Rumıniyanın Enerji Tənzimləmə Qurumunun prezidenti ilə görüş olub

EMTA-da Rumıniyanın Enerji Tənzimləmə Qurumunun prezidenti ilə görüş olub

by anar
0 comments 0 views 1 minutes read

Enerji Məsələlərini Tənzimləmə Agentliyində (EMTA) Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın 1 aprel 2024-cü il tarixində Bakıda keçirilən 8-ci iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rumıniyanın Energetika Sahəsində Milli Tənzimləmə Qurumunun (ANRE) prezidenti Corce-Serciu Nikulesku ilə görüş olub.

EMTA-nın İdarə Heyətinin sədr müavini Rövşən İsmayılov qonağı salamlayaraq, iki tənzimləyici qurum arasında mövcud əməkdaşlıq əlaqələrindən söz açıb.

ANRE-nin prezidenti Corce-Serciu Nikulesku səmimi qəbula görə təşəkkür edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin uzunmüddətli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə qurumlar arasında anlaşma memorandumunun imzalanması məsələsi müzakirə olunub.

Qeyd edək ki, EMTA ilə ANRE arasında 2018-ci ildən əməkdaşlıq əlaqələri mövcuddur.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.