Home » Avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

by ulviyya
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar Ramazan bayramı günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün aprelin 10-dan 14-nə kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentlikdən(AYNA) Trend-ə verilən məlumata görə, şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişindaşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, kassalardan tariflərə uyğun biletlərin qanunamüvafiq qaydada satışının həyata keçirilməsi, bayram günlərində yarana biləcək sərnişin sıxlığının qarşısının alınması, eləcə də, avtobusların təsdiq edilmiş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verilib.

Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) bayram günlərində sərnişin axınına uyğun olaraq, marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq.

Qeyd edək ki, sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobus buraxılması təmin ediləcək.

Vətəndaşlar biletləri https://biletim.az/ portalından onlayn qaydada, həmçinin, avtovağzalların satış kassalarından əldə edə bilərlər.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.