Home » Ötən ay “Əlçatan metro” layihəsindən istifadə edənlərin sayı 50 % artıb

Ötən ay “Əlçatan metro” layihəsindən istifadə edənlərin sayı 50 % artıb

by yunus
0 comments 0 views 1 minutes read

Bakı metropolitenində “Əlçatan metro” layihəsi üzrə aprel ayında 90 sifariş icra olunub.

Bu barədə BBN.az “Bakı Metropoliteni” QSC-dən məlumatına əsasən xəbər verir.

Bildirilib ki, 3 nəfər verdiyi sifarişdən daha sonra imtina edib. 2023-cü ilin eyni ayında bu layihə üzrə 60 nəfər daşınıb. Ötən ilin aprel ayının müqayisəli təhlilinə əsasən, bu xidmətdən istifadə edənlərin sayı 50 % artıb.

Qeyd edək ki, “Əlçatan metro” layihəsi metropolitendən istifadə imkanları bu və digər səbəblərdən məhdud olan sərnişinlərin daşınması xidmətidir. 2019-cu ildən sərnişinlərin ixtiyarına verilən bu xidmətdən əlil arabası və uşaq arabacıqları ilə hərəkət edənlər, əsa və qoltuqaltı ağacdan istifadə edənlər, yaşlılar istifadə edir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.