
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 14 milyard 779,5 milyon manat təşkil edib.
BBN.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 15 % artıb.
Bildirilib ki, bu il iyulun 1-nə ölkə üzrə 114 min 501 ədəd yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb.
Dövlət Vergi Xidmətinin məlumatında qeyd olunub ki, yeni nəsil NKA-ların tətbiqi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin daha effektiv təmin edilməsinə imkan yaradıb.




