Home » AMB yubiley və xatirə pul nişanlarının satışı ilə bağlı yeni agentlər seçib

AMB yubiley və xatirə pul nişanlarının satışı ilə bağlı yeni agentlər seçib

by yunus
0 comments 0 views 1 minutes read

Azərbaycan Mərkəzi Bankı (AMB) “TuranBank” və “Bank of Baku” ASC-ləri yubiley və xatirə pul nişanlarının satış agenti kimi seçib.

BBN.az  bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bununla da, yubiley və xatirə pul nişanlarının satışının əlçatanlığı artırılıb. Belə ki, sabahdan vətəndaşlar “Yubiley və xatirə pul nişanlarının onlayn satış sistemi” (https://coin.e-cbar.az) vasitəsilə etdikləri sifarişlər üzrə pul nişanlarını təhvil almaq üçün artıq “TuranBank” və “Bank of Baku”nu də seçə biləcəklər. Həmin banklar həm də AMB-nin investisiya pul nişanlarının satış agentləridir.

Vətəndaşlar tədavüldə olan yubiley və xatirə pul nişanları barədə məlumatları AMB-nin internet səhifəsinin “Milli pul nişanları” (https://www.cbar.az/moneymarks/coins?category=2) bölməsindən əldə edə, onlayn satış sistemi vasitəsilə sifarişlərini elektron qaydada qeyd edə bilərlər.

Qızıl, gümüş və kupronikel yubiley və xatirə pul nişanlarının tədavülə buraxılmasının əsas məqsədi ölkəmizin ictimai-siyasi həyatında baş vermiş mühüm tarixi hadisələrin əks etdirilməsi, milli mədəni irsin və incəsənətin beynəlxalq ictimaiyyətə tanıdılması, Azərbaycanın flora və faunasının təbliği, habelə görkəmli şəxsiyyətlərin xatirəsinin əbədiləşdirilməsidir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.