Home » Naxçıvanda “I Regional Sığorta Forumu” keçirilib – Foto

Naxçıvanda “I Regional Sığorta Forumu” keçirilib – Foto

by ulviyya
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Mərkəzi Bank, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi və Azərbaycan Sığortaçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində “I Regional Sığorta Forumu” keçirilib.

Mərkəzi Bankın baş direktoru Ziya Əliyev Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş forumun spikerlərindən biri olub. Ziya Əliyev çıxışında Mərkəzi Bank tərəfindən sığorta sistemində həyata keçirilən yeni tənzimləmə çərçivələrindən, eləcə də Naxçıvanda sığorta sahəsində reallaşdırılan mühüm təşəbbüslərdən bəhs edib. Sığorta sahəsini iqtisadiyyatın ən dinamik inkişaf edən sektorlarından biri adlandıran baş direktor vurğulayıb: “Əhalinin və bizneslərin risklərinin sığorta təminatını genişləndirməkdə davam edən sektor son 4 ildə təxminən 2 dəfə böyüyüb. Hazırda sığorta təminatı verilən risklərin həcmi yarım trilyon manatı ötür. Bu, ÜDM-nin 4 qatından artıqdır”.

Tədbir dövlət rəsmilərinin çıxışları və panel müzakirələri ilə müşayiət olunub.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.