Home » ASAN İnnovativ İnkişaf Mərkəzində “Gələcək üçün öyrən: Blokçeyn, Veb3 və Təhsil” tədbiri baş tutub

ASAN İnnovativ İnkişaf Mərkəzində “Gələcək üçün öyrən: Blokçeyn, Veb3 və Təhsil” tədbiri baş tutub

by ulviyya
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin və İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) birgə təşkilatçılığı, Binance Akademiyasının nümayəndələrinin iştirakı ilə iyunun 6-da “Gələcək üçün öyrən: Blokçeyn, Veb3 və Təhsil” mözusunda növbəti 4SİM Talks tədbiri baş tutub.

ASAN İnnovativ İnkişaf Mərkəzində keçən tədbirdə “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov və 4SİM-in icraçı direktoru Fariz Cəfərov iştirakçıları salamlayaraq, rəqəmsal transformasiya sahəsində ölkədə görülən işlər və Blokçeyn Təlim Mərkəzinin fəaliyyəti barədə iştirakçılara məlumat veriblər.

Binance Akademiyasının komanda rəhbəri Stefen Makalister Akademiyanın yaranması və fəaliyyəti haqqında təqdimatla çıxış edib.

Sonra tədbir 4SİM-in süni intellekt üzrə layihə rəhbəri Ruslan Zeynalzadənin moderatorluğu ilə “Binance Akademiyasının komanda rəhbəri Stefen Makalister və MDB regionu üzrə İcma və Marketinq meneceri Alisa Prokopiv, ASAN Blokçeyn Təlim Mərkəzinin təlimçiləri Tofiq Əliyev və Bilal Sadıqovun iştirakı ilə panel formatında davam edib.

Panelçilər blokçeyn texnologiyalarının istifadəsi, Veb3 konsepsiyası və onun verdiyi imkanlarla bağlı öz fikirlərini iştirakçılarla bölüşüb və yeni nəsil texnologiyaların real tətbiqi ilə sualları cavablandırıblar.

Blokçeyn Təlim Mərkəzi qabaqcıl blokçeyn texnologiyasına və kriptovalyutalarına dair təlimlərin keçirilməsi, fərdlərin və qurumların inkişafına dəstək üçün onlara müvafiq sahədə konsultasiyanın verilməsi məqsədilə “ASAN İnnovativ İnkişaf Mərkəzi”ndə fəaliyyətini davam etdirir.

“4SİM Talks” təşəbbüsünün əsas məqsədi universitetlər, dövlət və özəl sektor nümayədələri arasında süni intellekt, əşyaların interneti, böyük verilənlər bazası, bulud texnologiyası, blokçeyn, 3D çap, virtual və artırılmış reallıq kimi 4Sİ texnologiyaları sahəsi üzrə maarifləndirməni artırmaq və karyerasını bu sahə üzrə davam etdirmək istəyənlər üçün uğurlu yol xəritəsini yaratmaqda kömək etmək və onlarla bu sahədə dünya təcrübəsini paylaşmaqdır.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.