
2 iyul 2024-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 364 gün olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
İstiqrazların buraxılışı üzrə məlumatlar aşağıdakı kimidir:
| Emitent | Azərbaycan Respublikasının Maliyyə Nazirliyi |
| Dövlət istiqrazının növü | Diskontlu, qısamüddətli dövlət istiqrazları |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ0101060082 |
| İstiqrazların tədavül müddəti | 364 gün |
| Buraxılış həcmi | 50,000,000 manat |
| Nominal dəyəri | 100 manat |
| Minimal qiymət | 90.9791 manat (9.9699%) |
| Maksimal qiymət | 92.5875 manat (8.0500%) |
| Kəsmə qiyməti | 92.3325 manat (8.3499%) |
| Ortaçəkili qiyməti | 92.3954 manat (8.2758%) |
| Reallaşdırılmış həcmi | 75,000,000 manat |
| Sifarişlərin Ümumi həcmi (nominal qiymətlə) | 197,899,100 manat |
| İnvestor sayı | 16 |
| Sifarişlərin sayı | 38 |
| Ödəmə tarixi | 01.07.2025 |
| Anderrayter | “PAŞA Kapital İŞ” QSC |




