
Azərbaycanda 2026-cı il üzrə orta illik inflyasiyanın əvvəlki 4,8 %-lik proqnoz əvəzinə 5,7 % təşkil edəcəyi gözlənilir.
BBN.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı “2026-cı ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər” sənədində bildirilib.
Sənədə əsasən, proqnozun yüksəldilməsinə cari ilin ötən dövründə qeydə alınan faktiki inflyasiya göstəricisi, dünya əmtəə və ərzaq qiymətlərindəki dəyişikliklər, onların idxal qiymətlərinə təsiri, eləcə də tənzimlənən mal və xidmət tariflərindəki dəyişikliklər və digər amillər təsir edib.





