Home » “Səba” toyuq əti və məhsullarının istehsalını dayandırıb? – Assosiasiyadan açıqlama

“Səba” toyuq əti və məhsullarının istehsalını dayandırıb? – Assosiasiyadan açıqlama

by ulviyya
0 rəy 2 baxış 1 dəqiqə oxuma

“Bu gün bir sıra kütləvi informasiya vasitələri və internet resurslarında “Səba Broyler” ASC-nin fəaliyyətini dayandırması, “Səba” markası ilə toyuq və toyuq məhsulları istehsalına son qoyulmasına dair məlumat yayılıb. Azərbaycan quşçuluq təsərrüfatlarının ictimai birliyi olaraq bildiririk ki, “Səba” markası ilə toyuq əti və məhsullarının istehsalı dayandırılmayıb”.

BBN.az xəbər verir ki, bu barədə Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından bildirilib.

Assosiasiyasının yaydığı məlumatda “Səba Broyler” ASC-nin yaratdığı “Chiken Pro” MMC tərəfindən istehsalın həyata keçirildiyi vurğulanır: “Şirkətin rəhbərliyindən verilən məlumata görə istehsal müəssisəsinin yenidən qurulması, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi üçün zəruri investisiya qoyuluşu həyata keçiriləcək”.

Qeyd edək ki, bu gün “Səba Broyler” ASC-nin fəaliyyətini dayandırması ilə bağlı məlumatlar yayılıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.