İranın İsrailə raket hücumu birjalarda neftin qiymətinin artmasına səbəb olub.
BBN.az xəbər verir ki, Lndonun ICE Futures birjasında Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti bir barel üçün 74,86 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 1,3 dollar (1,77%) bahadır. Çərşənbə axşamı bu kontraktlar 1,86 dollar (2,6%) artaraq 73,56 dollar/barel olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində noyabr ayı üçün WTI markalı neftin bir barelinin qiyməti 1,35 dollar (1,93%) artaraq 71,18 dollar təşkil edib. Son sessiyanın sonunda fyuçers qiyməti 1,66 dollar (2,4%) artaraq 69,83 dollar/barelə bərabər olub.