Home » Kommunal abunəçi kodlarının ad dəyişdirilməsi artıq tam rəqəmsallaşıb

Kommunal abunəçi kodlarının ad dəyişdirilməsi artıq tam rəqəmsallaşıb

by anar
0 comments 3 views 1 minutes read

Kommunal xidmətlər üzrə abunəçi kodlarının ad dəyişdirilməsi artıq “mygov” platforması vasitəsilə mümkündür.

Vətəndaşlar “mygov” tətbiqi vasitəsilə “Azəriqaz”, “Azərişıq” və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (keçmiş Azərsu) üzrə kommunal abunəçi kodlarını asanlıqla köhnə addan yeni ada keçirə bilərlər. Əvvəllər vaxt və əlavə resurs tələb edən bu proses indi tamamilə rəqəmsal və sadələşdirilmiş şəkildə həyata keçirilir. Vətəndaşlar “mygov” tətbiqinə daxil olduqdan sonra öz adlarına olan daşınmaz əmlakı seçərək, müvafiq kommunal xidmət üçün “Əhali istehlakçısının adının dəyişdirilməsi” bölməsinə daxil olurlar. “Azəriqaz”, “Azərişıq” və ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi üzrə abunəçi kodunu daxil etdikdən sonra sistem avtomatik olaraq yeni ad məlumatlarını istifadəçinin “mygov” hesabından götürür.

Əgər abunəçinin borcu varsa, bu barədə istifadəçiyə məlumat verilir və borc ödəndikdən sonra adın dəyişdirilməsi təsdiq olunur. Proses tamamlandıqdan sonra müraciət elektron qaydada müvafiq qurumlara göndərilir. Ad dəyişdirildikdən sonra istifadəçi “mygov” üzərindən şəxsi kabinetində və qeyd edilən elektron poçt ünvanında bildiriş alır. Bu yenilik vətəndaşların vaxtına qənaət edir, dövlət xidmətlərinə çıxışı asanlaşdırır və tamamilə rəqəmsal mühitdə sürətli, effektiv xidmət almağa şərait yaradır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.