
“TikTok” sosial platforması istifadəçilər arasında birbaşa tətbiq daxilində pul köçürmələri funksiyasını istifadəyə vermək imkanını araşdırır.
BBN.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata görə, yeni funksiyanın hazırda yalnız Vyetnam, Malayziya və Tailandda fəaliyyət göstərən “TikTok Pay” vasitəsilə həyata keçirilməsi nəzərdən keçirilir. Hazırda bu xidmət yalnız “TikTok Shop” üzərindən ödənişlər üçün istifadə olunur.
“Bloomberg”in məlumatına görə, istifadəçilər arasında pul köçürmələrinin tətbiqə inteqrasiyası “TikTok”un öz ekosistemində auditoriyanı daha uzun müddət saxlamağına və əməliyyatlardan əlavə gəlir əldə etməsinə imkan yarada bilər.
Nəşr qeyd edib ki, istifadəçilər bu il “TikTok” xidmətləri vasitəsilə 2,9 milyard dollardan çox vəsait xərcləyiblər.





