1
Ötən həftə Mərkəzi Bankın sədr müavini Əliyar Məmmədyarov Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası, Bakı Fond Birjası, Milli Depozit Mərkəzi və investisiya şirkətlərinin rəhbərləri ilə görüşüb. Görüş zamanı kapital bazarlarının üçüncü rüb üzrə fəaliyyəti və nəticələri müzakirə olunub.
Həmçinin kapital bazarlarının ölkənin maliyyə sisteminin dayanıqlı inkişafında artan rolu, qarşısında duran çağırışları, eləcə də maliyyə sektorunun inkişaf strategiyası çərçivəsində həyata keçirilən təşəbbüsləri nəzərdən keçirilib.