Home » COP29-da ESG prinsiplərinin ARDNF-nin investisiya strategiyasına inteqrasiyası müzakirə edilib

COP29-da ESG prinsiplərinin ARDNF-nin investisiya strategiyasına inteqrasiyası müzakirə edilib

by ulviyya
0 comment 0 views 1 minutes read

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) COP29 çərçivəsində ESG (Ətraf Mühit, Sosial və İdarəetmə) prinsiplərinin Fondun investisiya portfelinə inteqrasiyası mövzusunda tədbir təşkil edib.

14 noyabr tarixində Mavi zonada keçirilən tədbirə ARDNF-nin İcraçı direktorunun müavini Bəhruz Bəhramovun açılış nitqi ilə start verilib. “Biz ESG prinsiplərini investisiya strategiyamızın ayrılmaz hissəsi kimi qəbul edir və bu yanaşma ilə gələcək nəsillər üçün dayanıqlı dəyər yaratmağı hədəfləyirik,” —Bəhruz Bəhramov bildirib. “Məsuliyyətli investisiyalar vasitəsilə həm iqtisadi inkişafı, həm də sosial və ekoloji tərəqqini təmin etmək bizim əsas prioritetlərimizdən biridir.”

Tədbirdə ARDNF-nin dayanıqlılıq üzrə mütəxəssisləri – Nigar Əzizova, Alternativ investisiyalar üzrə baş təhlilçi və Əli Hüseynov, Alternativ risklər üzrə təhlilçi təqdimatla çıxış ediblər. Onlar ESG prinsiplərinin ARDNF-nin səhmlər və daşınmaz əmlak portfellərində tətbiq edilmə səbəblərinə dair dərin təhlil təqdim edərək, bu istiqamətdə indiyə qədər atılmış əsas addımlar haqqında tədbir iştirakçılarını məlumatlandırıb, o cümlədən iqlim dəyişikliyi və sosial bərabərsizlik kimi kritik problemlərin həlli və davamlı inkişaf yollarının müəyyənləşdirilməsi istiqamətində ARDNF-nin yanaşmasını izah ediblər.

Bu tədbir vasitəsilə ARDNF, ESG prinsiplərini investisiya strategiyasının mərkəzinə yerləşdirərək, dayanıqlı və iqtisadi cəhətdən sağlam bir gələcəyin formalaşdırılmasında məsuliyyətini və rolunu vurğulayıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.