Home » Rusiya Google-u 3,8 milyon rubl cəriməliyib

Rusiya Google-u 3,8 milyon rubl cəriməliyib

by yunus
0 comments 0 views 0 minutes read

Rusiya məhkəməsi, qadağan olunmuş məzmunu silmədiyinə görə, “Google”u 3,8 milyon rubl cərimələyib.

BBN.az xəbər verir ki, bu barədə Moskva ümumi yurisdiksiya məhkəmələrinin “Telegram” kanalında bildirilib.

Qeyd olunub ki, paytaxtın Taqanski Rayon Məhkəməsi “Google MMC”nin Rusiya İnzibati Xətalar Məcəlləsinin “Sayt sahibinin məlumatı silmək öhdəliyi nəzərdə tutulduğu halda onu silməməsi” maddəsi ilə təqsirli bilib.

Platformada bəzi qadağan olunmuş məzmuna girişin bloklanmadığı üçün qanuna əməl edilmədiyi qənaətinə gələn məhkəmə Google-u 3,8 milyon rubl cərimə ödəməyə məcbur edib.

Əvvəllər ölkədə oxşar səbəblərdən Apple, TikTok və Telegram kimi müxtəlif xarici platformalara cərimələr tətbiq edilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.